Play Store

VİDEO: Yadplanetlilərin dəhşətli görüntüləri yayıldı - İlk dəfə izləyəcəksiniz...

Dünyanın ən sirli UFO qəzalarından olan “Roswell UFO” hadisəsinə aid olduğu iddia edilən yeni görüntülər yayımlanıb.

Metbuat.az xəbər verir ki, videonun 1947-ci ilin iyulunda “Roswell UFO” qəzasından sonra çəkildiyi deyilir. Sözügedən video “Youtube”də i”killMasons4fun” kanalına yerləşdirilib.

Videoda bir adamın 6 barmaqlı barmaq izini göstərən metal lövhə tutduğu görülür.

“Roswell Why Hellenic on UFO” başlığı ilə yayımlanan video minlərcə il öncə bizdən daha üstün mədəniyyətin Dünya üzərində yaşadığından və 6 barmaqlı “nefilim” (ilahi varlıq) yaranana qədər hər kəsin Yunanca danışdığından bəhs edir.

Lakin videonun saxta olduğu açıqlanıb. Əslində sözügedən videonun 1995-ci ildə yayımlanan məşhur “yadplanetlinin yarılma” videosundan bir hissə olduğu iddia edilib.

Hər nə qədər saxta olduğu deyilsə də, videonun yaradıcısı 58 yaşlı Ray Santili onu 1992-ci ildə ABŞ-da bir operatordan aldığını deyib.

Xatırladaq ki, 1995-ci ildə yayımlanan “yadplanetlinin yarılma” videosunu ərsəyə gətirənlər onu zarafat məqsədilə hazırladıqlarını açıqlamışdılar.

Bütün bunlara baxmayaraq, “Roswell UFO” qəzası gizliliyini qorumağa davam edir.

Qəzanın ardından ABŞ hərbi qüvvələri verdiyi açıqlamada səhranın yaxınlarında uçan dairənin parçalarını tapdığını açıqlamışdı.

Açıqlamadan bir gün sonra qəzaya uğrayan əşyanın ABŞ Hava Qüvvələrinə aid hava şarı olduğu deyilmişdi.

Bir-biri ilə ziddiyət təşkil edən açıqlamalar, hadisənin gizlədilməsi bir çox sui-qəsd nəzəriyyəsinin ortaya çıxmasına səbəb olub.

“Roswell UFO” qəzası dünyanın ən böyük sui-qəsd nəzəriyyələrindən biri olaraq qalıb.

Aysel Yaqubqızı / Metbuat.az

Elm adamları görünməzliyi kəşf etdi - ARAŞDIRMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR