Play Store

Kəpəklənmə, saç tökülməsi problemi - Bu yağdan istifadə edin

Küncüt yağı qədimdən kişilər və qadınlar tərəfindən kosmetik vasitə kimi istifadə edilib.

Metbuat.az xəbər verir ki, 4 min illik tarixi olan bu yağın qaşa faydaları olduqca məşhurdur. Qaşlarınız tökülürsə, seyrəkləşibsə, küncüt yağı istifadə edə bilərsiniz. Qaşınıza dairəvi hərəkətlərlə yağdan sürtün. Çünki bu hərəkətlər qan dövranını sürətləndirdiyindən məsamələrin açılaraq qaşlarınızın gurlaşmasını təmin edəcək.

Küncüt yağı qaşlarla yanaşı kirpiklərə də faydalıdır. Uzun kirpiklərə sahib olmaq istəyən xanımlar qulaq çöpü ilə gündə 2 dəfə yağdan tətbiq edə bilər. Eyni zamanda, makiyajınızı küncüt yağı ilə silmək kirpiklərinizin gurlaşmasına yardım edəcək.

Susam yağı tərkibindəki dəmir, A, E və kalsium mineralları sayəsində saça da faydalıdır. Kəpəklənmə problemini ortadan qaldırır. Saç qırılmasının qarşısını alır. Saçı tökülənlər üçün əvəzsiz vasitədir. Saç dərisində əmələ gələn göbələk problemini həll edir. Küncüt yağı saçları kökündən ucuna qədər qidalandırıb sürətlə uzadır. Saçlardakı yağlanma problemini azaldır. Saçların daha canlı və parlaq görünməsini təmin edir.

Küncüt yağı saça necə tətbiq edilir?

Küncüt, rozmarin və zeytun yağını qarışdırın. Daha sonra bu qarışığı saç uclarından dibinə qədər eyni miqdarda tətbiq edin. Qarışığı vurduqdan sonra 2 saat saxlayın. Daha sonra bitki mənşəli şampunla yuya bilərsiniz. Saçınız gurlaşacaq, uzanacaq və kəpəklənmə problemindən xilas olacaqsınız.

Həmişə gözəllikdə!

Aysel Yaqubqızı / Metbuat.az

Dodaq çatlamasının qarşısını alan -Təbii üsullar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR