Play Store

Əsgərlərinə soğan yedirdən sərkərdə - Dünyanı işğal etdi

Tarixi hökümdarların müharibələrdə qələbə qazanmalarına kömək edən əsas faktorlardan biri də ordunun əsgərlərinə verilən qidalar olub.

Napoleonun “Ordular mədələri üzərində yeriyir” fikri qidalanmanın ordunun döyüş qabiliyyətinə necə təsir etdiyini sübut edir.

İnsan həyatının vacib elementlərindən biri də onun gün ərzində 3 dəfə qidalanmasıdır. Təbii, bu zərurət döyüşən əsgərlər üçün zaman-zaman problemlər yaradıb. Məsələn, Amerikada vətəndaş müharibəsi dövründə insanları orduya cəlb etmək üçün onlara gün ərzində 3 dəfə isti yemək vəd edilirdi.

Bu yazımızda ayrı-ayrı hökümdarların ordusuna verilən qidalardan danışacağıq.

Makedoniyalı İsgəndər əsgərlərinə çoxlu soğan yedirdirmiş. Soğanın vitaminlərlə zəngin və təbii antibiotik olması Makedoniya ordusunun xəstəliklərə yoluxmamasında əsas vasitə olub.

Monqol hökmdarı Çingiz Xan ordusuna bulqur yedirdirmiş. Bulqur olduqca faydalı bir qida növüdür. Həkimlər tərəfindən də tövsiyyə edilir. Çingiz Xan da Monqol ordusunun mütəmadi olaraq bulqur yeməsinə şərait yaradıb.

Şəhərləri talan edən, avropalıların “Şeytanın ordusu” adlandırdığı Monqol ordusu qida problemi çəkmədən uzun səfərlərə çıxmasının digər bir səbəbi basdırma ət olub. Heyvan bağırsağı və dərisinin içərisinə yerləşdirilən ət atların üzərinə yerləşdirilir, əsgərlər isə bu ətin üstündə oturaraq irəliləyirmişlər. Üzərinə oturulması ilə suyu çəkilən ət sonradan parçalar halında monqol əsgərlərinə verilirmiş.

Osmanlılar avropalılar sıxışdırdığı üçün onlar yeni ticarət yolları axtarmaq üçün dəniz və okeanlara üz tutaraq, yeni qitələr kəşf ediblər. Lakin bu səfərərlərin heç də hamısında uğur əldə etməyiblər. Gəmi səfərlərini uğursuz olmasına səbəb olan bir nömrəli məsələ xəstəliklər olub. Həmin xəstəliklərdən biri Skorbutdur.

Skorbut xəstəliyi 1500-1800-cü illərdə 2 milyon dənizçinin ölümünə səbəb olub. İlk dəfə Hipokrat tərəfindən aşkar edilən xəstəlik təzə qida yeməyən, uzun müddət konservləşdirilimiş qidalardan istifadə edən dənizçilərdə daha çox rast gəlinib. Dişlərin tökülməsi ilə başlayan xəstəlik ölüm ilə nəticələnib. Xristifor Kolumb Amerikanı kəşf edən zaman yazdığı qeydlər arasında bu xəstəlikdən bəhs edib.

Ceyms Kuk bu xəstəliyin çarəsinin “C vitanini” çatışmazlığı olduğunu ortaya çıxaran ilk səyyah olub. Bu səbəblə, səfərə çıxmazdan öncə gəmisinə tərkibində “C vitamini” olan qidaların yerləşdirilməsini əmr edib. Həmin qidalardan istifadə edənə əsgərlər heç bir xəstəliyə yoluxmayıb. Nəticədə, Ceyms Kuk Avstraliya səfərini tamalayaraq, qitəni İngiltərə torpaqlarına birləşdirə bilib. Və bununla da tarixə düşüb.

Göründüyü kimi, əsgərlərə verilən qidalar ordunun uğur əldə etməsində əsas faktorlardan biri olub. Tarix müharibəni uduzan tərəfin ordusunun çox vaxt qida və xətəlikdən əziyyət çəkdiyini bir daha sübut edir.

Xəyalə Məmmədova / Metbuat.az

Qadın 6 uşağını bir gecədə boğaraq öldürüb - Səbəb isə "sevgi" olub – FOTOLAR – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR