Sürücülərə qarşı reyd keçirildi - Ağsuda

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə tədbir keçiriblər.

Dekabrın 5-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə, bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib.

Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR