Taksi qiymətləri aşağı düşə bilər?

“İstədiyin bir dördrəqəmli nömrəni yığ, taksi şirkətinə düşəcəksən”.

Son illər paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin sayının artması ciddi rəqabət mühiti formalaşdırıb. Şirkətlər daha çox müştəri cəlb etmək üçün qiymətlərdə endirim etməyə başlayıblar.

Rəqabətin artması qiymətlərin yenidən ucuzlaşmasına səbəb ola bilərmi?

Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətlər kəskin azala bilməz:

“Baş verən proseslər bir daha sübut etdi ki, müasir dünyada qiymətlərin tənzimlənməsi rəqabətdən keçir. Rəqabətli mühit nə qədər genişlənərsə, həm keyfiyyətli xidmət, həm də ucuz qiymətlərin şahidi ola bilərik. Amma taksi xidmətində də bir “maya dəyəri” anlayışı var. Sürücü və şirkət öz xərclərini ödəyə bilməyəcəksə, işləməz. Ona görə də, xərclərini ödəyib, qazanc əldə etdikdən sonra fəaliyyət göstərəcəklər. Bundan sonra daha kəskin qiymət azalmasını gözləmək düzgün deyil. Çünki yanacağın qiyməti, avtomobillərin təmir xərcləri və vergilər buna imkan verməz. İndiki qiymətlər optimala yaxın, həm vətəndaşa, həm də taksi sürənlərə sərf edən həddədir. Gələcəkdə bu sahədə inhisarçılıq addımları atılmasa, böyük şirkətlər kiçik şirkətləri sıxışdırıb bazardan çıxarmasa, qiymətlər qalxmayacaq. Rəqabətli mühit qaldıqca, qiymətlər indiki səviyyədə qalacaq. Bu, hamı üçün sərfəlidir. Çünki böyük şirkətlər yaradılıb, xırda şirkətlər bazardan çıxarılarsa, rəqabət mühiti azalacaq. Bu da yenidən qiymət artımına gətirib çıxaracaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Taksi xidmətindəki çatışmazlıqlar - Qanun nə deyir? – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR