Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb
15:47 7 Dekabr 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Mərkəzi icra hakimiyyəti orqanları rəhblərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda  nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 
Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 
"Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək", - deyə, nazirlikdən əlavə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR