Türkiyəni göz yaşlarına boğan filmin real qəhrəmanı vəfat etdi - VİDEO

Türkiyəni göz yaşlarına boğan filmin real qəhrəmanı vəfat etdi - VİDEO
15:48 7 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

“Ayla” filminin 92 yaşlı real qəhrəmanı Süleyman Dilbirliyi vəfat edib.

Publika.az-ın xəbərinə görə, bir müddətdir ki, xəstəxanada yatan Süleyman Dilbirliyi tənəffüs çatışmazlığı səbəbindən Heydərpaşa Nümunə Xəstəxanasında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, 1950-ci illərdə Koreya müharibəsinə gedən Süleyman Dilbirliyi kimsəsiz koreyalı qıza sahib çıxan və ona 15 ay mənəvi atalıq edən türkiyəli əsgər tanınır. Müharibəndən sonra Türkiyəyə qayıtmaq məcburiyyətində qalan əsgər onu özü ilə gətirmək istəsə də, dövlət qanunları buna icazə verməyib.

Onlar haqqında bir çox sənədli film lentə alınıb. Mənəvi ata ilə qız ayrılıqdan 60 il sonra uzun axtarışlar nəticəsində görüşə bilib.

Onu da qeyd edək ki, koreyalı Ayla - Kim Jeul bir həftə əvvəl də S.Dilbirliyini xəstəxanada ziyarət edib. Otağa daxil olan kimi Kim Jeul mənəvi atasının əllərini tutaraq ağlamağa başlayıb. Uzun müddət hərəkətsiz qalan S.Dilbirliyi koreyalı Aylaya reaksiya verib.

Bir çox ölkələrdə marağa səbəb olan “Ayla” filmi də mənəvi ata ilə qızın gerçək və təsirli hekayədən bəhs edir. “Ayla” “Oskar”-a “Ən yaxşı xarici film” kateqoriyasında namizəd göstərilib.

Gerçək hadisələr əsasında çəkilən film bütün Türkiyəni göz yaşlarına boğub.

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR