Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşib

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşib
02:32 8 Dekabr 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
"Report" xəbər verir ki, sonuncu – VI tur çərçivəsində baş tutmuş 24 matçdan sonra 1/16 finala vəsiqə qazanan bütün kollektivlər müəyyənləşib.
Bu turadək İtaliyanın "Atalanta", "Latsio” və "Milan", İspaniyanın "Vilyarreal” və "Real Sosyedad", Fransanın "Lion” və "Nitsa", Rusiyanın "Zenit”, Ukraynanın "Dinamo" (Kiyev), Rumıniyanın "Styaua”, İngiltərənin "Arsenal”, Serbiyanın "Partizan”, Portuqaliyanın "Braqa”, Çexiyanın "Viktoriya”, Avstriyanın "Zalsburq” və İsveçin "Ostersun” komandaları "pley-off"a yüksəlib.
Qalan 8 vəsiqəyə isə tarixdə ilk dəfə Qazaxıstanın "Astana”, "Qarabağ"ın Çempionlar Liqasının "play-off" mərhələsində üstələdiyi Danimarkanın "Kopenhagen", İspaniyanın "Atletik”, Yunanıstanın AEK, Bolqarıstanın "Lüdoqorets”, Fransanın "Marsel”, Serbiyanın "Srvena Zvezda” və Rusiyanın "Lokomotiv” komandaları sahib olub.
Onlara Çempionlar Liqasında öz qruplarını 3-cü pillədə tamamlamış Almaniyanın "Leyptsiq" və "Borussiya" (Dortmund) klubları, Rusiya "Spartak"ı və MOİK-i, İtaliya "Napoli"si, Şotlandiya "Seltik"i, İspaniya "Atletiko"su və Portuqaliya "Sportinq"i də qoşulub.
Çempionlar Liqasının 1/8 final və Avropa Liqasının 1/16 final mərhələlərinin püşkatma mərasimi dekabrın 11-də keçiriləcək.
Avropa Liqası, Qrup mərhələsi, VI tur
A qrupu
22:00. "Slaviya" (Praqa, Çexiya) - "Astana" (Qazaxıstan) - 0:1
Qol: Marin Aniçiç, 38
22:00. "Vilyarreal" (İspaniya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:1
Qol: Nik Blekman, 60
Xal durumu: "Vilyarreal" - 11, "Astana" - 10, "Slaviya" - 8, "Makkabi" - 4.
B qrupu
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Partizan" (Serbiya) - 4:1
Qollar: Nikolay Murozyuk, 6. Junior Moraeş, 28; 31; 77-penalti ilə - Marko Yevtoviç, 45+4 - penalti ilə
22:00. "Yanq Boyz" (İsveçrə) - "Skenderbeu" (Albaniya) - 2:1
Qollar: Giyom Oaro, 55. Roje Assale, 90+5 - Enis Qavazay, 51
Xal durumu: "Dinamo" - 13, "Partizan" - 8, "Yanq Boyz" - 6, "Skenderbeu" - 5.
C qrupu
22:00. "Başakşehir" (Türkiyə) - "Braqa" (Portuqaliya) - 2:1
Qollar: Edin Vişça, 10. Emre Belezoğlu, 77-penalti ilə - Raul, 55
22:00. "Hoffenhaym" (Almaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1
Qollar: Filip Oxs, 25 - Vanderson, 62
Qırmızı vərəqə: Klaudiu Keşerü, 83 ("Lüdoqorets")
Xal durumu: "Braqa" - 10, "Lüdoqorets" - 9, "Başakşehir" - 8, "Hoffenhaym" - 5.
D qrupu
22:00. "Riyeka"(Xorvatiya) - "Milan" (İtaliya) - 2:0
Qollar: Yokov Pulyiç, 7. Mario Qavranoviç, 47
22:00. "Austriya" (Avstriya) - AEK (Yunanıstan) - 0:0
Xal durumu: "Milan" - 11, AEK - 8, "Riyeka" - 7, "Austriya" - 5.
E qrupu
22:00. "Atalanta" (İtaliya) - "Lion" (Fransa) - 1:0
Qol: Andrea Petanya, 10
22:00. "Apollon" (Kipr) - "Everton" (İngiltərə) - 0:3
Qollar: Ademola Lukman, 21; 27. Nikola Vlaşiç, 87
Xal durumu: "Atalanta" - 14, "Lion" - 11, "Everton" - 4, "Apollon" - 3.
F qrupu
22:00. "Kopenhagen" (Danimarka) - "Şerif" (Moldova) - 2:0
Qollar: Pyeros Sotiryu, 56. Mixael Lüftner, 59
Qırmızı vərəqə: Jayro, 69 ("Şerif)
Dəqiq yerinə yetirilməyən penalti: Zigi Badibanqa, 78 ("Şerif")
22:00. "Zlin" (Çexiya) - "Lokomotiv" (Moskva, Rusiya) 0:2
Qollar: Aleksey Mirançuk, 70. Cefferson Farfan, 75
Qırmızı vərəqə: Zoran Qayiç, 57 ("Zlin")
Xal durumu: "Lokomotiv" - 11, "Kopenhagen" - 9, "Şerif" - 9, "Zlin" - 2.
G qrupu
00:05. "Hapoel" (Beer-Şeva, İsrail) - "Viktoriya" (Plzen, Çexiya) - 0:2
Qol: Lukaş Heyda, 28. Tomaş Horava, 83
00:05. "Styaua" (Rumıniya) - "Luqano" (İsveçrə) - 1:2
Qollar: Harlem Qnohere, 60 - Fabio Daprela, 3. Balint Veçei, 32
Xal durumu: "Viktoriya" - 12, "Styaua" - 10, "Luqano - 9, "Hapoel" - 4.
H qrupu
00:05. "Arsenal" (İngiltərə) - BATE (Belarus) - 6:0
Qollar: Matyö Debuşi, 11. Teo Uolkott, 37. Cek Uilşir, 43. Denis Polyakov, 51-öz qapısına. Olivye Jiru, 64-penalti ilə. Mohamed Elneni, 74
00:05. "Srvena Zvezda" (Serbiya) - "Köln" (Almaniya) - 1:0
Qol: Slavolyub Srniç, 22
Xal durumu: "Arsenal" - 13, "Srvena Zvezda" - 9, "Köln" - 6, BATE - 5.
I qrupu
00:05. "Marsel" (Fransa) - "Zalsburq" (Avstriya) - 0:0
00:05. "Gimaraynş" (Portuqaliya) - "Konyaspor" (Türkiyə) - 1:1
Qollar: Ali Turan, 77-öz qapısına - Mehdi Burabia, 15
Xal durumu: "Zalsburq" - 12, "Marsel" - 8, "Konyaspor" - 6. "Gimaraynş" - 5.
J qrupu
00:05. "Herta" (Almaniya) - "Ostersun" (İsveç) - 1:1
Qollar: Peter Pekarik, 61 - Sotiryos Papagiannopulos, 58
00:05. "Zarya" (Ukrayna) - "Atletik" (İspaniya) - 0:2
Qol: Arits Adurits, 70. Raul Qarsia, 86
Xal durumu: "Atletik" - 11, "Ostersun" - 11, "Zarya" - 6, "Herta" - 5.
K qrupu
00:05. "Zülte-Varegem" (Belçika) - "Latsio" (İtaliya) - 3:2
Qol: Nil De Pauv, 6. Mixael Heylen, 60. Aaron Leya İsaka, 83 - Felipe Kaysedo, 67. Lukas, 76
00:05. "Vitess" (Hollandiya) - "Nitsa" (Fransa) - 1:0
Qol: Luk Kastanyos, 85
Xal durumu: "Latsio" - 13, "Nitsa" - 9, "Zülte-Varegem" - 7, "Vitess" - 5.
L qrupu
00:05. "Real Sosyedad" (İspaniya) - "Zenit" (Rusiya) - 1:3
Qollar: Villian Xose, 58 - Aleksandr Yeroxin, 35. Branislav İvanoviç, 64. Leandro Paredes, 85
00:05. "Vardar" (Makedoniya) - "Rusenborq" (Norveç) - 1:1
Qol: İtalo, 9 - Niklas Bendtner, 45+2 - penalti ilə
Xal durumu: "Zenit" - 16, "Real Soseydad" - 12, "Rusenborq" - 5, "Vardar" - 1.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR