Play Store

Qışa hazırlıq: SÜRÜCÜLƏR, OXUYUN! - USTA MƏSLƏHƏTİ

Ölkə ərazisində yağışlı-qarlı havanın hökm sürməsi sürücülər üçün bəzi çətinliklər yaradır. Soyuq havaya hazır olmayan avtomobillər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur.

Avtomobil ustası Əli Sultanov Metbuat.az-a açıqlamasında qışa hazırlıqla bağlı sürüclərə bəzi məsləhətlər verib:

“Avtomobilin təkərləri normal olmalıdır. Təkərlərin “şporu” standartdan aşağı düşübsə, mütləq dəyişmək lazımdır. Çünki yağışlı havada qəza şəraiti yarana bilər.

Havaların soyuması ilə bağlı çox adam avtomobilini idarə edərkən şüşələri bağlı saxlayır. Uzaq yol gedən zaman mütləq çöldəki hava avtomobilə daxil olmalıdır. Şəhəriçi, xüsusən də tunel və tıxaclarda şüşələr bağlı saxlanılmalıdır. Çünki öndə gedən avtomobillərin dəm qazı maşının salonuna daxil olur.

Keyfiyyətli şüşə siləndən istifadə olunmalıdır. Kənardan baxan zaman ucuz və bahalı şüşə silənin ikisi də eyni görünür. Lakin mövsüm bitdikdən sonra diqqətli baxdığınız zaman şüşədə cızıqların yarandığını görmək mümkündür. Bu səbəblə, keyfiyyətli şüşəsiləndən almaq lazımdır.

Mühərrikdə soyutma sistemi normal olmalıdır. Bu səbəblə, antifrizdən istifadə olunmaldır. Məsləhətdir ki, keyfiyyətli antifriz olsun. Çöküntü verməsin və alüminum hissələri çürütməsin”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Kərə yağının qiyməti enəcək? - Gömrük rüsumları 3 dəfə azaldı – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR