Hindistan Şimal-Cənub dəhlizi üzrə ilk yükü göndərəcək

Hindistan Şimal-Cənub dəhlizi üzrə ilk yükü göndərəcək
15:02 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Hindistan 2018-ci il yanvar ayının ortasında Mumbay və Sank-Peterburq liman şəhərlərini birləşdirən Şimal-Cənub dəhlizi üzrə Rusiyaya ilk yükün göndərilməsinə hazırlaşır. Yük ilk növbədə Bandar-Abbas limanına (Xəzər dənizi, İran), sonra Bakıya, daha sonra Rusiyaya çatdırılacaq.
"Report" bu barədə İran mətbuatına istinadən xəbər verir. 
Hindistan mətbuatı isə bildirir ki, yanvarda ilk yükün göndərilməsi yaradılması 17 il çəkən nəqliyyat dəhlizinin açılışı deməkdir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə ilk yükün göndərilməsindən bir neçə ay sonra fəaliyyətə başlayacağı qeyd olunur.
Nəqliyyat dəhlizinin keçdiyi bütün ölkələr artıq dəmir yollarında və əsas yollarda xüsusi yoxlamalara başlayıb.
Qeyd edək ki, hazırda Hindistandan Rusiayaya yüklər Qırmızı dəniz, Süveyş kanalı, Aralıq dənizi, La-Manş boğazı və Baltik dənizi vasitəsilə gəmilərlə daşınır. Şimal-Cənub dəhlizinin Avropa ilə Cənub və Cənub-Şərqi Asiya ilə ticarət əlaqələrini daha effektiv və səmərəli edəcəyi gözlənilir. Dəhlizin ötürmə gücü ildə 20-30 mln. ton təşkil edir, yük daşımalarının 30% ucuz başa gələcəyi və vaxta 40% qənaət edəcəyi gözlənilir.
Şimal-Cənub dəhlizi Hindistan üçün Çabaxar dəhlizindən sonra Mərkəzi Asiyaya çıxış yaradan ikinci dəhliz olacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR