Play Store

Mariana Vasileva Azərbaycan birinciliyində çıxış edib

Mariana Vasileva Azərbaycan birinciliyində çıxış edib
15:12 11 Dekabr 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, eyni zamanda batut gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı keçirilib.
“Report” Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 4 gün davam edən yarışlarda, ümumilikdə, “Ocaq” Sport Klubu, Bakı Gimnastika Məktəbi, Sumqayıt və Qusar, həmçinin Gürcüstandan olan təmsilçilər mükafatçılar sırasında yer aldılar.
Turnirin sonunda Milli Gimnastika Arenasınada əsl gimnastika coşğusu yaşanıb. “Qızıl yaş” adlı şouda tamaşaçılar bu dəfə yarış meydançasında azyaşlı gimnastları deyil, onların məşqçilərini izləyiblər. Ən gözlənilməz çıxış isə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevaya məxsus olub. O, Emin Sabitoğlunun “Bağışla” musiqisinin sədaları ilə çətin elementlərin ahəngindən gözoxşayan bir kompozisiya yaradıb. 







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR