Play Store

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib
15:22 11 Dekabr 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. 
“Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə qitənin ən nüfuzlu klub turnirində rəqiblər müəyyənləşib. 
1/8 final 
"Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə) 
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real Madrid” (İspaniya) - PSJ (Fransa)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)
"Barselona" (İspaniya) – “Çelsi” (İngiltərə)

*** 07:20
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.
G qrupunun lideri kimi mərhələ adlayan "qara qartallar" "səpələnmişlər" səbətində yer alacaq. Bu isə o deməkdir ki, Şenol Günəşin baş məşqçisi olduğu kollektiv daha aşağı reytinqlilərdən ibarət "səpələnməmişlər" səbətindəki komandalardan biri ilə üz-üzə gələcək. "Qarabağ"ın mübarizəni dayandırdığı C qrupundan İtaliya "Roma"sı "səpələnmişlər", İngiltərənin "Çelsi" komandası isə "səpələnməmişlər" sırasında olacaq.
Qaydalara əsasən, 1/8 final mərhələsində eyni ölkənin iki komandası bir-biri ilə üz-üzə gələ bilməz. Qrup qalibləri isə ilk görüşünü 13-14 fevralda və ya 20-21 fevralda səfərdə, cavab oyununu isə 6-7 martda və ya 13-14 martda evdə keçirməlidir.
"Səpələnmişlər": "Mançester Yunayted" (İngiltərə), PSJ (Fransa), "Roma" (İtaliya), "Barselona" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Beşiktaş" (Türkiyə), "Tottenhem" (İngiltərə)
"Səpələnməmişlər": "Bazel" (İsveçrə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Portu" (Portuqaliya), "Real Madrid" (İspaniya)
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR