Play Store

Saakaşvili: “Putin mənim üçün təyyarə göndərəcək” - VİDEO

Saakaşvili: “Putin mənim üçün təyyarə göndərəcək” - VİDEO
20:28 11 Dekabr 2017
198 Dünya
Ölkə mətbuatı
A- A+

“Putin (Rusiya prezidenti Vladimir Putin - red.) mənim üçün təyyarə göndərəcək”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili məhkəmə zalından “NewsOne” Ukrayna telekanalına açıqlamasında deyib.

“Əgər məhkəmə Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti olduğumu sübut edərsə, məni Moskvadakı Ukrayna kəşfiyyatçıları ilə dəyişdirəcəklər. Putin məni almaq üçün birinci təyyarəni göndərəcək”, - Saakaşvili bildirib.

Qeyd edək ki, bu gün Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsinə çıxarılıb.

Saakaşvili bildirib ki, barəsində həbs qəti-imkan tədbiri seçilərsə, aclıq aksiyasını davam etdirəcək. Onun sözlərinə görə, ozünü hərbi əsir hesab edir. Saakaşvili ona təqdim edilmiş ittihamları “çirkli” adlandırıb.

Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.

Ötən həftə Mixail Saakaşvili ilə Viktor Yanukoviçin yaxın adamı biznesmen Sergey Kurçenkonun (həmçinin Rusiyanın adamı hesab edilir - red.) səs yazısı yayılıb.

Ömər Dağlı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR