"Tava kabab"ın hazırlanması - MİLLİ MƏTBƏX

Kabab əsrlər boyu qafqazlıların ən sevimli yeməyi olub.

Metbuat.azxəbər verir ki, kabab ət və tərəvəzlərdən hazırlanıb şiş üzərində ocaqda bişən yeməkdir. Ancaq kababın tavada hazırlanan növü də var. Buna “tava kababı” deyilir.

Yeməyin hazırlanma qaydası ilə tanış olaq.

Lazım olan ərzaqlar:

220 q qoyun əti

30 q ərinmiş yağ

40 q baş soğan

2 ədəd yumurta

5 q şəkər tozu

10 q sirkə

25 q şüyüd və keşniş

Duz, istiot

Hazırlanması:

Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot, duz vurulub qarışdırılır. Ətdən iri küftələr hazırlanıb yağda qızardılır.

Kənarda isə şəkər tozu və sirkə qarışdırılıb şirə hazırlanır. Daha sonra qızardılan küftələrin üzərinə göyərti ilə qarışdırılmış yumurta və hazırlanan şirə tökülür. Süfrəyə verdikdə üzərinə göyərti səpə bilərsiniz.

Nuş olsun!

Bakı paxlavasının hazırlanması - MİLLİ MƏTBƏX

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR