Bələdiyyələrə qəbiristanlıqlarla bağlı - səlahiyyət verilir

Azərbaycanda bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkili üçün səlahiyyət verilir.

Bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Bələdiyyələrin statusu haqqında “qanuna dəyişikliklərdə öz əksini tapıb.

Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Qeyd olunur ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir. //Trend

Bakıda avtobus sürücüsü infarkt keçirdi və... - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR