Nazirlikdən intihara cəhd edən məktəb direktoru ilə bağlı - AÇIQLAMA

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.

Bu barədə Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.

TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, Göyçay şəhərinin 9 saylı orta məktəbin qarşısında məktəb direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu qolunun şah damarını kəsərək intihara cəhd edib. Göyçay rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağırdır.//Trend

Evə ikinci arvadın gələcəyini öyrənən qadın görün nə etdi - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR