Play Store

IX siniflər üzrə monitorinq aparılıb - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib.

İdarədən Metbuat.az-a verilən məlumata görə, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinqin keçirilməsində əsas məqsəd Azərbaycan dili fənni üzrə şagirdlərin oxu və yazı bacarıqlarını yoxlamaqdan ibarətdir.

Monitorinq zamanı məktəblilərə müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək üçün 1,5 saat vaxt verilib. Şagirdlər “Fırtına” mövzusunda ifadə yazıb və mətn əsasında 15 test sualını cavablandırıblar.

Monitorinqin nəticələri yaxın günlərdə açıqlanacaq.

Vanqanın 2018-ci il üçün TƏƏCCÜBLÜ proqnozları - Bunlar həqiqətdirmi?.. - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR