Play Store

"Əsl müəlliflər həmişə dəbin içində yox, kənarında yaranır" - Aqşin Yenisey

Son dövrlər Azərbaycanda yeni ədəbi nəsil arasında heca vəznli şeirlər demək olar ki, yazılmır. Gənclər daha çox sərbəst vəzndə şeirlər yazırlar.

Şair Aqşin Yenisey Metbuat.az-a verdiyi açıqlamada populyarlıq faktorunun önəmini qabartdı:

"Müasir mədəniyyət populyarlıq tələbi üzərində qurulub. Təkcə ədəbiyyatda deyil, biznesdə də, siyasətdə də, futbolda da, hətta Oşonun simasında fəlsəfədə də populyarlığa daha çox əhəmiyyət verilir. Populyarlıq kütlənin ələ keçirilməsinin ən kəsə yoludur, qalıcı olmasa da, axıcılığı təmin edir. Heca, qəzəl, mimiatür rəssamlığın, sadəcə, populyarlığı azalıb. Bunun yaradıcı adamların yaşadığı və əsərə çevirmək istədiyi düşüncələrə, hisslərə heç bir dəxli yoxdur. Əsl müəlliflər həmişə dəbin içində yox, kənarında yaranır."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR