Play Store

Yol kənarında kəsilən heyvan başları - Uşaqlara necə təsir edir?

Başı kəsilmiş, qanı küçəyə axıdılan heyvan cəmdəyi mənzələri qəssablar tərəfindən illərdir insanlara izlədilir.

Uşaqlar məktəb və bağçalara yaxın ərazilərdə yerləşən qəssabxanalarda günün istənilən saatlarında bu cür mənzərələri izləyə bilirlər. Diri heyvanların kəsimin insaların gözü qarşısında olması doğru hesab edilmir. Bu, xüsusən də azyaşlılarda psixoloji sarsıntılara belə gətirib çıxara bilir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirir ki, uşaqların yanında bu prosesin keçiriməsi təqdir edilmir:

“Bu, uşaqlarda fobianın yaranmasına, müəyyən allergik davranışlara, narahatçılıqlara yol aça bilir. Hətta böyük insanlarda belə bu cür mənzərlələrlə qarşılaşmaq narahatçılıq yaradır. Əslində, qəssablar heyvanın heç bir xəstəliyinin olmadığını sübut etmək üçün onu yolun kənarında kəsirlər. Əvvəllər yol kənarlarında bu cür ət kəsimi daha çox olurdu. İndi sayı azalıb. Bu gün ətin keyfiyyəti məsələsi ilə aidiyyatı qurumlar məşğul olur. Valdeynlərə tövsiyyəmiz uşaqlarını bu cür yerlərdən uzaq tutmaqdır. Yox, uşaqlar görsələr, sonradan onların şüuraltılarında fəsadların yaranmaması üçün valideynlər heyvanların nə üçün yaradıldığını izah etməlidirlər”.

Sosioloq Asif Bayramlı Metbuat.az-a açıqlamasında məsələnin aktuallağından danışıb:

“Qaldırılan məsələyə sosial-psixoloji rakursdan baxdığımız zaman çox aktualdır. Lakin bu məsələnin sosial-psixoloji tərəfi ilə yanaşı sanitar-gigiyenik tərəfi də mövcuddur. Bu gün bir çox qəssabxanalarda sanitar-gigyenik normlara əməl olunmur. Bu, son dərəcə təhlükəli nəticəyə gətirib çıxara bilər. Çünki bir çox xəstəliklərin yayılması məhz natəmizlikdən qaynaqlanır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yeni ildə müştərisiz qalan bazar - Bakının Nəsimi Bazarından / FOTOREPORTAJ – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR