Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR - VİDEO

Mənzil İnşaatı Dövlət Agentliyi dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsinə start verib.

Məlumata görə, söhbət təhsil işçilərinə güzəştli mənzillərin verilməsindən gedir. MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi təhsil işçilərinə yönəlib. Mənzillərin aylıq ödənişi isə onu əldə edənlər üçün kifayət qədər sərfəli olacaq. Layihə ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək. Təhsil işçilərinə mənzillər Yasamal Yaşayış Kompleksinin ərazisindəki 1 binadan veriləcək. Ekspertlər düşünür ki, gələcəkdə dövlət sifarişi ilə veriləcək mənzillərin əhatə dairəsi genişlənəcək. Onu da qeyd edək ki, güzəştli mənzillər iki əhali qrupuna verilir. Bunlardan birincisi seçilmiş kateqoriyalara aid edilən şəxslər, digəri isə dövlət sifarişi əsasında müəyyənləşdirilən şəxslərdir.//Xezerxeber.com

Mal əti UCUZLAŞDI - Son qiyməti - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR