Play Store

İrina Şeykin seksuallığını vurğulayan dəbdəbəli ziyafət libasları - FOTO

İrina Şeykin seksuallığını vurğulayan dəbdəbəli ziyafət libasları - FOTO
23:03 6 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bu gün dünya şöhrətli model İrina Şeykin doğum günüdür.

Publika.az xəbər verir ki, modelin 32 yaşı tamam olur. Mavi gözlü, tünd dərili, həcmli dodaqları olan gözəlçə qeyri-adi görkəmi sayəsində adını dünyanın iyirmi ən istəkli modelləri cərgəsinə yazdıra bilib. Biz İrinanın doğum günü münasibətilə modapərəst oxucular üçün modelin ən yaddaqalan ziyafət libaslarını xatırlamışıq.

İrina Şeykin bütün qırmızı xalça çıxışları maraqla gözlənilir. Çünki o, uğurlu obrazlarıya moda tənqidçilərini hər dəfə təəccübləndirə bilir. İrina karyerasının əvvəlində daha "təhlükəsiz" fasonlara üstünlük verirdi, bədən quruluşunu vurğulayan bandaj paltarlar uzun müddət onun favoritləri olub. Həmçinin mini donlar da qarderobunda xüsusi yer tuturdu. Bundan başqa, bəzən new look siluetlərdə qarşımıza çıxırdı.

Karyerasının ilk illərində hər məşhur kimi İrina da dəb eksperimentlərinin öhdəsindən gələ bilmirdi. Lakin uzun modellik təcrübəsi ona zamanla eleqant və seksual stil yaratmağa kömək edib. İndi rusiyalı model əsl dəb ilahəsi kimi tərzini çox ciddi ölçüb-biçir. Önəmli dəvətlərində üslubunda artıq-urtuq detallara yer vermir. İrina qüsursuz bədən quruluşunu vurğulamağı sevsə də, seçdiyi minimalist dizaynlar modelin parlaq zahiri ilə "mübahisə etmir".

İrinanın əsmər dərisi və qara saçları ilə ziddiyyət təşkil edən ağ rəng, eləcə də alqırmızı və zümrüd yaşılı ona çox yaraşan rənglərdir.

Podium ulduzunun traspran seksual dəstləri daha çox gündəm yaradır, habelə İrina klassik üslubda da qətiyyən darıxdırıcı görümür.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/226854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR