Ermənilər bu terroru ictimaiyyətdən gizlətməyə çalışır – Tarixdə bu gün

Tarix boyu dəfələrlə terror aktı törədən daha bir erməni terrorundan 26 il ötür.

Metbuat.az-ın məlumatına görə, ermənilər 8 yanvar 1992-ci ildə «Krasnovodsk-Bakı» sərnişin bərəsini partladıblar. Hadisə nəticəsində 25 nəfər həlak olub, 88 nəfər ağır yaralanıb.

8 yanvar 1977-ci ildə Moskvada da bir neçə terror aktı həyata keçirilib. Həmin gün saat 17:33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının arasında partlayıcı qurğu işə düşüb. Saat 18:05-də SSRİ DTK-sının binası yaxınlığında Derjinskiy küçəsində (indiki Böyük Lubanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş verib. 5 dəqiqə sonra, saat 18:10-da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşüb. Bu terror aktları nəticəsində 7 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cinayətkarların axtarışı üçün SSRİ prokurorluğunun, daxili işlər nazirliyinin və DTK-nin ən təcrübəli müstəntiqləri cəlb olunub və 500-dən artıq şahidin ifadələri alınıb. Ancaq onlardan heç biri terrorçuların zahiri görkəmini dəqiq izah edə bilməyib. 1977-ci ilin oktyabrın sonunda terrorçular daha bir terror aktının keçirilməsin qərar veriblər və bu məqsədlə Moskva şəhərinə Kursk dəmir yolu vağzalına gəliblər. Geri qayıtmaq üçün Moskva – Yerevan qatarına bilet alaraq onlar partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq zaldan çıxıblar. Bir neçə dəqiqə sonra yiyəsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edir, sərnişin çantaya baxır və buradakı qəribə qurğunu və naqilləri görərək polisə xəbər verib.

İstintaq baxışı zamanı dəyərli maddi sübutlar əldə olunub: Yerevanda istehsal olunmuş göy idman kurtkası və papaq. Papağın içərisində əməliyyatçılar bir neçə qara rənqli insan saçı aşkar ediblər. Dərhal əməliyyat-axtarış tədbirləri başlanıb və bir müddətdən sonra Gürcüstanla Ermənistanın sərhəddində Moskva – Yerevan qatarının üçüncü vaqonunda qara saçlı, əynində kurtkası olmayan goy idman şalvarı olan bir nəfər saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun sənədlərinin və baqajının olmaması aşkar olunub.

Saxlanılan şəxs Yerevanda fəhlə işləyən Akop Stepanyan idi (1949). Onunla birgə dostu – rəssam Zaven Baqdasaryan (1954) saxlanılır. Stepanyan və Baqdasaran Moskva şəhərinə səyahətlərinin məqsədini və səbəbini tam aydın izah edə bilməyiblər. Saxlanıldıqdan sonra onları Yerevana göndəriblər. Daha sonra Stepanyanın anası bombanın olduğu çantanı tanıyıb və o çantanın oğluna məxsus olduğunu təsdiq edib, saxlanılan şəxslərin evində aparılan axtarışlar zamanı digər maddi sübutlar da aşkar olunaraq götürülüb.

İstintaqın verdiyi məlumata görə terror aktlarının əsas təşkilatçısı və rəhpəri Stepan Zatikyan olub, Baqdasaryan və Stepanyan isə bu terror aktlarının birbaşa icraçıları idilər. Dindirilmələri zamanı Baqdasaryan və Stepanyan demişdilər ki, onlar Zatikyan tərəfdən hədə-qoru yolu ilə onun təsiri altına düşüb bu cinayəti törədiblər, onu da vurğulayıblar ki, Zatikyan həbsdə olarkən (antisovet fəaliyyətinə görə) millətçilik ideyalarının əsirinə çevrilib və "ermənləri əzdikləri üçün" ruslardan intiqam almağa çağırırdı.

Məhkəmə prosesi SSRİ Ali Məhkəməsində 16-20 yanvar 1979-cu il tarixlərində keçib. Məhkəmədə Zatikyan oz günağını boynuna almaqdan imtina edirdi, Stepanyan özünü qismən günahkar bilərək Zatikyanın iştrakını təkzib edirdi, Baqdasaryan isə istintaqın bütün ittihamlarını qəbul edib. İttiham olunanların məhkəmədəki çıxışlarının video yazısı mövcuddur, çıxışlardan birində Zatikyan bu sözləri demişdi:

"Mən dəfələrlə demişəm ki, mən sizin qurduğunuz məhkəmədən imtina edirəm və heç bir müdafiəçiyə də ehtiyacım yoxdur. Mən özüm müttəhim yox, ittihamçıyam. Sizin məni mühakimə etmək səlahiyyətiniz yoxdur çünki, rus-yəhudi imperiyası ozü hüquqi dövlət deyil. Bunu qəti olaraq bilmək lazımdır"

Zatikyan öz son sözünü erməni dilində çağırış ilə tamamlayıb: "Başqalarına deyin ki, bizə qalan yalnız intiqamdır! İntiqam və bir daha intiqam!" Yanvarın 24-də məhkəmənin qərarı ilə hər üç müttəhim güllələnmə cəzasına layiq görülüb. Yanvarın 30-da SSRİ Ali Sovetinin rəyasət heyəti terrorçuların əfv olunma haqda verdiyi xahişi rədd edib və həmin gün məhkəmənin hökmü yerinə yetirilib.

Ermənistan rəhbərliyi hər imkandan istifadə edərək bu faktı ictimaiyyətdən gizlətməyə çalışır. DTK-nın 5-ci idarəsinin keçmiş rəisi Filip Bobkovun dediyinə görə "Ermənistam K.P. birinci katibi Dəmirçyanın göstərişi əsasında erməni dilində çıxan qazetlərdən heç biri bu terror aktı barədə məlumat vermədilər. K. Dəmirçyan istintaqa hər cür maneçilik törədirdi lakin istitaqın təqdim etdiyi təkzibolunmaz sübutlardan sonra istintaq qrupunun qəldiyi qənaətlə razılaşmalı oldu.

Bobkovun fikrinə görə, terror aktlarının təşkilində "ASALA" təşkilatı da iştrak edib. Bobkov bu barədə deyir: "Bu mənə Ermənistan DTK-nın sədri Yuzbaşyanın sübhəli hərəkətlərindən məlum oldu. O, hər vəchlə SSRİ DTK-dan Ermənistan SSR-da Asalanın nümayəndələrinin fəaliyyətləri barədə məlumatı gizlətməyə çalışırdı, partlayışların müəllifi məhz bu erməni terror təşkilatıdır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR