Play Store

Sumqayıt-Bakı yolunda 15 belə mikroavtobus aşkarlandı - REYD

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, yanvarın 8-də səhər saatlarında növbəti reyd keçirilib.

Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zamanı Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb. Reyd zamanı 15 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və Sumqayıt Şəhər Nəqliyyat Departamentinin duracağına yerləşdirilib.//Trend

XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək - Qar yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR