Dövlət qulluğunda işləmək istəyənlərin - NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 13-də sınaq imtahanı keçiriləcək.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 13 yanvar saat 9:00-da başa çatacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır.

Yanvarın 22-si iş günü olacaqmı? - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR