Play Store

Sabah 10-cu sinif şagirdləri imtahan verəcək - DİM

Dövlət İmtahan Mərkəzi sabah Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, monitorinq imtahanı 98 məktəbdə təşkil olunacaq. İmtahanda Azərbaycan bölməsi üzrə 5271, rus bölməsi üzrə 771 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılır.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilmiş olacaq. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilmiş, lazımi avadanlıqlar – audio qurğular alınmışdır. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilmişdir.

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

İtkin düşən alpinistin 2011-ci ildə gördüyü yuxu - "Görürəm ki, olduqca hündür bir qayanın..." - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR