Play Store

“Bakı belə görüşlərin keçirilməsi üçün beynəlxalq müstəviyə çevrilib” - Politoloq

Bakı 2018-ci ilin ilk ayından başlayaraq mühüm görüş üçün həlledici şəhər seçilib.

Metbuat.az-ın məlumatına görə, NATO-nun Avropada birləşmiş silahlı qüvvələrinin baş komandanı Kartis Skaparotti Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək. BuzzFeed portalının məlumatına görə, görüş bu ay baş tutacaq.

Xatırladaq ki, NATO və Rusiya generalları daha əvvəl də Bakıda görüç keçiriblər. Belə mühüm görüş üçün niyə məhz Bakının seçilməsi məsələsilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev deyir ki, burada bir neçə məqam var: “Birinci məqam ondan ibarətdir ki, onların Bakıda təhlükəsiz görüşünə tam təminat verilib, əvvəlki görüşlərdə də. Bundan başqa, Bakı artıq belə görüşlərin keçirilməsi üçün beynəlxalq müstəviyə çevrilib. Digər tərəfdən, Bakı öz balanslı siyasətini aparır və heç bir hərbi blokun üzvü deyil. Həm Rusiya ilə normal münasibətləri var, həm NATO qoşunları, Qərargahı ilə müsbət tendensiyalı görüşlər keçirir və proqramlarda iştirak edir”.

Politoloqun sözlərinə görə, bundan başqa, Cənubi Qafqaz elə bir regiondur ki, orda müzakirə olunan məsələlər bizim ərazilərdən çox da uzaq olmayan bölgələrdir: “Əsasən bildiyiniz kimi, Suriya məsələsi, Yaxın Şərq, terrorla mübarizə və digər məsələlər hamısı burada müzakirə olunurdu. Ermənistan təbii ki, seçilə bilməz, çünki Rusiya ilə çox mühüm əlaqələri var, hərbi tərəfdaşdılar, Gürcüstan da NATO-ya yaxındır. Yəni bir neytral, eyni zamanda öz normal siyasətini yürüdən dövlət kimi məhz Azərbaycanı seçirlər. Əvvəlki iki görüşün də nəticəsi olaraq bildiyiniz kimi, hər iki tərəf öz razılığını bildirib”.

Günay Elşadqızı / METBUAT.AZ

“Pilotlarımızın uçuş saatları postsovet məkanında birincilər sırasındadır” - Polkovnik


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI