Play Store

Üzü cavan saxlamağın ƏN UCUZ YOLU

Üzü cavan saxlamağın ƏN UCUZ YOLU
08:03 10 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İllinoys Universitetindən bir qrup mütəxəssis bahalı kosmetik əməliyyata ehtiyac olmadan üzü cavan saxlamağın üsulunu tapıblar.

Publika.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun üçün gün ərzində yarım saat üz gimnastikası yerinə yetirmək kifayətdir.

Bununla bağlı təcrübələr 20 həftə müddətində 40-65 yaş arası qadınlar üzərində aparılıb.

Təcrübə müddətinin əvvəlki həftələrində qadınlar mimika ilə bağlı 32 növ hərəkət yerinə yetirib, daha sonra 30 dəqiqəlik üz gimnastikası edib.

Qeyd olunur ki, bu müddət başa çatdıqdan sonra qadınların üz cizgiləri təcrübədən əvvəlki dövrlə müqayisədə iki yaş daha cavan görünüb. (trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR