Play Store

Türkiyə Ermənistanla sərhəddə hasar tikməyəcək

Türkiyə Ermənistanla sərhəddə hasar tikməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, Türkiyə Ermənistan və Gürcüstanla sərhəddə hasar tikməyəcək, bu ölkələrlə sərhəd elektron nəzarət sistemi ilə təchiz ediləcək. Nazir diqqətə çatdırıb ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq.

Qeyd edək ki, bundan əvvəl Türkiyə KİV-lərində Ermənistanla sərhəddə təhlükəsizlik məqsədilə hasarların tikiləcəyi haqda xəbərlər yayılmışdı.//Azvision.az

Yol polisi sürücüləri diqqətli olmağa çağırdı - Xəbərdarlıq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR