Play Store

“Xalqın mənafeyi partiya maraqlarından üstündür” - Rafael Cəbrayılov

“İqtidar-müxalifət münasibətlərində çox mühüm ortaq nöqtələr olmalıdır ki, həmin məsələrdə həm iqtidar, həm də müxalifət yekdil olsun. Bunlar dövlətin müstəqilliyi, möhkəmlənməsi, qüdrətlənməsi, ölkənin ərazi bütövlüyü, ümumxalq, ümumdövlət mənafeyi və s. məsələlərdir. Bu ortaq nöqtələrə görə digər bütün məqsədlər, hətta partiya maraqları belə qurban verilməlidir. Bu səbəbdən Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin prezident Rəcəb Tayyib Ərdoğana dəstək olmasını alqışlayıram”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Rafael Cəbrayılov deyib. Millət vəkilinin sözlərinə görə, əgər burada Türkiyə dövlətinin mənafeyindən, birliyindən söhbət gedirsə, partiyanın maraqları kənara qoyulmalıdır: “Hər kəs şahiddir ki, Rəcəb Tayyib Ərdoğan ölkəsini layiqincə təmsil edir. Türkiyə dövləti heç vaxt istər regionda, istərsə də dünyada bu qədər qüdrətli, söz sahibi olmayıb. Tarixə nəzər yetirsək görərik ki, I Pyotr Rusiya üçün nə etmişdisə, indi Vladimir Putin də Rusiya üçün onu edir. Mustafa Kamal Atatürk bir vaxtlar Türkiyə üçün nə etmişdisə, Rəcəb Tayyib Ərdoğan da bu gün onu edir. O cümlədən ulu öndər Heydər Əliyev nə edibsə, prezident İlham Əliyev bu gün onu edir. Buna görə də nəinki MHP liderinin, ümumilikdə əhalinin böyük hissəsinin Ərdoğanı dəstəkləməsini təqdirəlayiq hal hesab edirəm”.

Qeyd edək ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ildə keçiriləcək prezident seçkilərində öz namizədini irəli sürməyəcək. Partiya sədri Dövlət Bahçeli bildirib ki, MHP prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

Hakim Ədalət və İnkişaf Partiyasının toplantısı zamanı çıxış edən Rəcəb Tayyib Ərdoğan müxalifət liderinin ittifaq çağırışdan məmnun qaldığını və prezident seçkiləri ilə bağlı məsələləri müzakirə etmək üçün Dövlət Bahçelini görüşə dəvət etdiyini bildirib: “Bahçeli ilə bir araya gəlib ölkəmizin dərdləri barədə danışacıyıq. Ona indidən bəyan etdiyi dəstək qərarına görə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, ötən gün Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında görüş keçirilib. 35 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.

Günay Elşadqızı / METBUAT.AZ

Türkiyə tarixində ilk – Müxalifətin prezidenti dəstəkləməsinin səbəbi nədir?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI