“Barselona” müdafiəçisini satıb

Qış fasiləsinin fəal komandalarından olan “Barselona” bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Filip Koutinyo və Yerri Minanı transfer edən Kataloniya klubu müdafiəçi Xavyer Maskeranonu satıb.

Minanın gəlişindən sonra gedişi gözlənilən argentinalı mərkəz müdafiəçisi karyerasını Çində davam etdirəcək. Çünki 34 yaşlı oyunçu “Hebey Çayna Forçun” klubu ilə birillik müqavilə bağlayacaq. Bu keçid ispanlara 10 milyon avro qazandırıb. Maskerano bir il Çində oynadıqdan sonra ölkəsi Argentinaya dönməyi planlaşdırır.

Qeyd edək ki, Xavyer Maskerano “Barselona”ya 2010-cu ildə “Liverpul”dan keçmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR