Diş məcununu əlinizə sürtün -Nəticə inanılmazdır

Mətbəxdə praktik üsullarla bir çox problemin öhdəsindən gəlmək mümkündür. Hər kəsin hamam otağında olan əşyalardan biri diş məcunudur. Diş məcununun mətbəxdə də istifadə oluna biləcəyini bilirdiniz?

Metbuat.az diş məcunundan istifadə edəcəyiniz məqamları hazırlayıb.

Taxta üzərindəki su ləkələrini yox edir

Gel olmayan diş məcununu su ləkələri olan taxta masanızın üzərinə sürtərək ovxalayın, ləkələrin çıxdığını görəcəksiniz.

Qablarınızı parıldadın

Poladdan olan tava və çaydanlıqlarınızı diş məcunu ilə parıldada bilərsiniz. Bunun üçün məcunu qabların üstünə sürtün və dəsmalla silin.

Əlinizdəki pis qoxulardan xilas olun

Balıq, soğan və ya sarımsaq qoxusunu əlinizdən çıxarmaq üçün diş məcunu ilə ovun, daha sonra əllərinizi yuyun.

Plastik qablardakı qoxunu yox edir

Əllərinizi nə qədər yusanız da, plastik yemək qablarındakı qoxuları təmizləmək o qədər asan deyil. Bunun üçün həmin qabları diş məcunu ilə yaxşıca sürtün. Pis qoxuların getdiyini görəcəksiniz.

Qoltuq altınıza diş məcunu sürtün - Bu problemdən xilas olun

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR