Play Store

Bu şəxsləri 7 ilədək həbs gözləyir - Əgər...

İntiharın səbəbləri hadisəsədən dərhal sonra başladılan cinayət işi zamanı araşdırılır.

Bəs şəxsi intihar həddinə çatdıran insanlarla bağlı qanunvericilik hansısa cəza tədbiri nəzərdə tuturmu?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, intihar hadisəsinə çatdırma ilə bağlı cinayət işi var:

“Cinayət işi fakt üzrə başladılır, sonra araşdırma aparılır. Telefon danışıqları dinlənilir, ailədəki vəziyyət araşdırılır. Fakt özünü doğruldarsa, cinayət işi başladılır. Əks təqdirdə işə xitam qoyulur. Ən çox psixoloji problemlərə görə intihar hadisələri baş verir. İnsan böhran halına çatır və çıxış yolu tapmadığı üçün intihar edir. Amma az faiz intiharlar borca görə yaranır. Onların arasında külli miqdarda borcu olan tanınmış adamlar da olub”.

Hüquqşünas Vüqar Səfərli isə bildirib ki, bununla bağlı azadlıqdan məhrumetmə cəzası mövcuddur:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 -ci maddəsinin dispozisyasında deyilir ki, təqsirkardan maddi, xidməti və s. cəhətdən asılı olmuş, zərərçəkmiş şəxsi onunla amansız rəftaretmə, ləyaqətini mütəmadi olaraq alçaltma ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmaq 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada fikir veriləsi nüans məhz zərərçəkmişin təqsirkardan yuxarıda qeyd olunan formada asılı olması və təqsirkarın hədə-qorxu gəlməsi faktotlarıdır. İstənilən intihar hadisəsi bu maddənin təsirinə düşmür. İntihar edənin psixi-ruhi pozğunluqları və s. psixoloji faktorlar var ki, bu da özü özlüyündə ayrıca mövzudur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Güzəştli kreditləri bu şəxslər ala biləcək - MÜTLƏQ OXUYUN! – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR