Play Store

Musiqi məktəblərinin müəllimləri maaşlarını tam alacaqlar - Rəsmi açıqlama

Musiqi məktəblərinin müəllimləri maaşlarının gecikən hissəsini tam şəkildə alacaqlar.

Bu barədə Metbuat.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan mədəniyyətinin inkişafında, incəsənətin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişdirilməsində baza təhsili proqramlarının həyata keçirildiyi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İstedadlı uşaqların üzə çıxarılması və onlarla aparılan səmərəli peşə yönümlü işin nəticəsində həmin məktəblərin məzunlarının çox hissəsi müvafiq orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirir, peşəkar musiqiçi, rəssam, rəqqas kimi formalaşırlar.

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin optimallaşdırılması, dövlət büdcəsinin səmərəli istifadəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərə baxmayaraq dekabr ayında vəsait çatışmazlığından Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin əməkhaqlarının bir hissəsinin ödənilməsində problem yaranmışdı.

Nazirlik bununla əlaqədar bildirir ki, fevralın ilk günlərində müəllimlər yanvar ayının maaşı ilə birlikdə dekabr ayından yaranan fərqi tam şəkildə alacaqlar.

Avtobusda gediş haqqı bahalaşıb? - RƏSMİ açıqlama - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR