Əlaməti olmadan yayılan cinsi xəstəliklər - Mütləq oxuyun

Cinsi əlaqə zamanı bir insandan digərinə keçən infeksion xəstəliklər cəmiyyət üçün problemə çevrilib.

Metbuat.az-ın məlumatına görə, İnfeksiyon xəstəlikləri üzrə mütəxəssis həkim Hakan Kutlu cinsi yolla keçən xəstəliklərə səbəb olacaq riskli davranışlar barədə açıqlama verib.

Həkim ən çox rast gəlinən infeksion xəstəliklərin Hepatitlər, sifilis, QİÇS, Human papillomavirus (HİV) olduğunu deyib.

Həkimin sözlərinə görə, ən çox rast gəlinən mikroorqanizmlərin səbəb olduğu infeksiyaların heç bir əlaməti olmur:
“Xlamidya infeksiyalı kişilərin 30 faizi, qadınların isə 80-90 faizi, qonore infeksiyalı kişilərin 10, qadınların isə 50-70 faizi heç bir əlamətsiz xəstəliyi daşıyır. HPV virusuna isə yalnız labaratoriya testləri ilə diaqnoz qoyula bilər.

Cinsi xəstəliklər, adətən özünü hansı əlamətlərlə göstərir?

Simptomsuz infeksiyalar asanlıqla digərlərinə bulaşdıqları üçün xüsusilə, qadınlarda ciddi problemlərə səbəb ola bilər. Məsələn, qadınlarda müalicəsi olmayan yumurtalıq iltihabı xəstəliklərinə gətirib çıxara bilər.

Son bir ay içərisində qorunmasız və riskli cinsi əlaqədən sonra genital bölgədə ağrı, dəri altında şişliklər, axıntı, qaşıntı, sidiyə çıxarkən yanma hissi, kişilərdə cinsi orqanlarda şişlik, qızarıqlıq, cinsi orqanlarda yeni ortaya çıxan yaralar varsa, mütləq infeksion xəstəliklər üzrə həkimə müraciət etmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az

“Linzaları məsləhət görmürəm” - 7 saniyəlik möcüzə / Video

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR