İbrahimoviç "Beşiktaş"a transfer olur?

Cenk Tosunu İngiltərəyə satan Beşiktaş futbol klubu oyunçu yerinə İbrahimoviçi düşünür.

Metbuat.az-ın məlumatına görə, İtaliyada çıxan xəbərə görə, Qara Qartal “Manchester United”dan ayrılması gündəmdə olan Zlatan İbrahimoviçi transfer etmək üçün gündəmi ələ alıb. İsveçrəli ulduzun meneceri Mino Raiola ilə görüşən Beşiktaş idarəçiləri klubun proyektləri və gələcək hədəflərindən bəhs edib.

İbrahimoviçin bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR