Play Store

Qohum evlilikləri ilə gələn XƏSTƏLİKLƏR - Uşaqlar qüsurlu doğulur

Bu gün genetik xəstəliklərə təsir göstərən əsas amillərdən biri də qohum evlilikləridir.

Qohum evliliklər ata və ana nəslindən olan şəxslə bağlanan nikaha deyilir və iki qrupa bölünürr. Ata və ya anası bacı-qardaş olan cütlüyün nikahına birinci dərəcəli, nənə və babaları bacı-qardaş olan cütlüklərin nikahına isə ikinci dərəcəli qohum evliliyi deyilir.

Həkimlər bildirirlər ki, qohum evlilikləri edən cütlüklərdə ölü uşaq dünyaya gətirmək riski normal ailələrdən 2 dəfə çox olur. Belə ki, normal ailələrdə risk faktoru 1.24%-dirsə, qohum evliliklərində bu rəqəm 2.14% təşkil edir. Həmçinin, qohum evliliklərində uşaqların qüsurlu doğulma riski normal ailələrdən 10 dəfə yüksəkdir.
Qohum evlilikləri Otozomal resesif kimi xəstəliklərin çoxalmasına da səbəb olur. Otozomal resesif xəstəliklər hər nəsildə özünü göstərmir. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır. Xəstə bir uşağın qardaş və bacılarında xəstəlik çıxma riski 25%-dir. Bu səbəblə, ailə bu təhlükənin hər hamiləlik üçün eyni olduğunu yaxşı dərk etməlidir.

Genlər ata və anadan uşağa keçir və valideynlərin özəlliklərini özündə ehtiva etdiyindən, ailə içində genlər arasındakı bənzərlik ehtimalı daha çoxdur. Qohumlar arasında gen oxşarlığı artdığı üçün xəstə uşaqların dünyaya gəlmə ehtimalı artmaqdadır. Cütlüklər arasında qan qruplarının bir-birinə uyğun olması belə risk olmadığını göstərmir. Qanların bir-birinə uyğunsuzluğu məsələsinin qohum evlikləri ilə heç bir əlaqəsi yoxdur.

Bəs qohum evliliklərindən sağlam uşaq dünyaya gələ bilər?

İnsanlarda bu gün çaşqınlıq yaradan əsas məsələlərdən biri də, ətrafda qohum evliliklərdən dünyaya gələn uşaqların sağlam olmasıdır. Həkimlər bildirirlər ki, ailədə dünyaya gələn ilk uşaqda qüsurun olmaması, sonrakı uşaqlarda bu qüsurun olmayacağı anlamına gəlmir. Yaxud, daha öncə xəstə uşaq dünyaya gətirən ailənin sonrakı uşaqlarının da xəstə olacağı deyə bir şey yoxdur. Qohum evliliklərində dünyaya xəstə uşaq gətirmək riski artır, lakin bu evliliklərdə dünyaya gələn uşaqların 95%-i sağlam olur.

Həkim-genetik Şirxan Musayev Metbuat.az-a açıqlamasında bildirir ki, əmi və xala uşaqlarının evliliyindən dünyaya gələn uşaqlarda risk faizi eynidir:

“Uşaq 50% anadan, 50% atadan olur. Atadan daha çox gen almadığına görə ata nəslindən olan şəxslərlə baş tutan evliliklərdə risk çox olmur. Eyni risk ata və ana nəsli iə də eynidir. Hətta ana tərəfdən bu cür evliliklər daha riskli hesab edilir. İnsanlara bu cür evliliklərdən öncə ilkin tibbi müayindən keçmələri məsləhət görülür”.

Xəyalə Məmmədova / Metbuat.az

Qızıl və titan dişlər xərçəng yaradır? - Mütəxəssis rəyi / VİDEO – Baxmaq üçün TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR