Play Store

Avronun dollara qarşı məzənnəsi 37 aylıq maksimuma çatıb

Avronun dollara qarşı məzənnəsi 37 aylıq maksimuma çatıb
13:42 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Qlobal bazarda əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 2014-cü ilin dekabr ayından bu günədək ən maksimal həddə - 1,2125 səviyyəsinə yüksəlib. "Report" xəbər verir ki, yüksəlişin səbəbi Almaniyada hökumətin qurulması üçün koalisiya görüşmələrində ilkin müsbət nəticənin əldə olunması xəbəridir.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin "Xristian Demokrat Birliyi" partiyası ilə Sosial Demokrat Partiyası arasında koalisiya görüşmələrində ilkin razılığın əldə olunması avronun bahalaşmasına səbəb olub.
"Report"un analitik qrupu hesab edir ki, avro 2018-ci ildə dollarla müqayisədə 1,15-1,25 USD/EUR səviyyəsində dalğalanmağa davam edəcək: "Bu diapazon üçün əsaslı səbəblər olmasa da, mövcud məzənnə ABŞ-da inflyasiyanın yüksəlməsi üçün önəmli rol oynayaraq FED-in uçot dərəcəsini artırmasına səbəb olacaq. Nəticədə, növbəti illərdə avronun sürətlə ucuzlaşmasının şahidi olacağıq".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR