Aparıcı vəziyyətindən gileylənidi

Metbuat.az-ın məlumatına görə, aparıcı Zümrüd Qasımova sosial şəbəkədə vəziyyətinin yaxşı durumda olmadığı haqqında yazıb. Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa bildirib ki, son günlər səhhəti yenidən pisləşib:

"Milli Onkologiya Mərkəzinə getdim. Çox narahat idim. Son zamanlar özsümü çox pis hiss edirdim: halsızlıq, depressiya, başdönmələri... Qorxurdum...”.

“Həkimimin yanına getdim. Onun gülərüzlüyünü görən kimi halım düzəldi. Analizlərin cavabına baxdı və dedi ki, xırda problemlər var, onkologiya ilə bağlı deyil.

Söylədi ki, “Gözlərindəki həmişəki parıltı yoxdur, onu mütləq düzəlt. Sən bilirsən necə xoşbəxt insansan? Çünki sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə. Boş ver hər şeyi. Gül”.
Gözlərimin yenidən parıldaması üçün iki ay vaxt verdi. Otaqdan çıxdım... Qapının yanında çarəsiz insanları görəndə anladım ki, xoşbəxtəm, Allah məni sevir”.


Müğənni həmkarının səsinin... - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR