Yaponiyada kriptovalyuta fondu fəaliyyətə başlayır - İlk Dəfə

Tokionun araşdırma və informasiya holdinqi olan "Fisco" bu ayın sonunda 300 mln. yendən (2,7 mln. dollar) artıq olan kriptovalyuta fondunu işə salacaq. Fondun məqsədi "Bitcoin" və digər kriptovalyutalara investisiya qoymaq olacaq.

Yaponiya və ondan kənarda səhm, xarici birjalar, istiqrazlar və əmtəə aktivlərini əhatə edən Holdinqin yeni investisiya fondu xüsusilə kriptovalyutalara investisiya yatırımları üçün nəzərdə tutulub. "Nikkei" birjasının hesabatına görə, "Fisco" cəlb edəcəyi kapitalla yanaşı öz vəsaitlərindən də sərmayə kimi istifadə edəcək.

Fond kriptovalyutaların qiymətinin artması ilə yanaşı, müxtəlif birjalarda yaranan arbitrajdan istifadə edərək mənfəət əldə etməyə çalışacaq. / Report

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR