Play Store

Analitiklər: Bazarlar maksimal həddə yaxınlaşır

Analitiklər: Bazarlar maksimal həddə yaxınlaşır
17:27 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Qlobal bazarlar qiymət baxımından maksimal hədlərinə yaxınlaşır. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ın nüfuzlu "Bank of America Merrill Lynch" investisiya bankı yayıb.
Bankın məlumatına görə, 4-10 yanvar tarixlərində qlobal miqyasda səhm fondlarına 24 mlrd. dollar, istiqraz bazarına isə 13 mlrd. dollar vəsait daxil olub. Səhm fondlarına daxil olan vəsait indiyədək müşahidə olunan ən yüksək 6-cı həcm göstəricisidir.
Maykl Hartnetin (Michael Hartnett) rəhbərliyi altında strategiya mütəxəssiləri tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, "bazarlar zirvə nöqtəsinə yaxınlaşıb, ilk həddi aşan isə maliyyə aktivləri olacaq".
Hesabata əsasən, qlobal satışların başlaması üçün fondların nağd vəsait mövqeyi 4,3% səviyyəsindən aşağı düşməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/analitikler-bazarlar-maksimal-hedde-yaxinlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR