Play Store

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:27 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
“Report” xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.
Məlumatda həmçinin deyilir ki, “QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən QHT-lərin maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
- Maliyyə vəziyyəti haqqında;
- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;
- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin forma doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Bundan başqa, nazirlik QHT-lərdən illik maliyyə hesabatların elektron alınması məqsədilə elektron hesabatlılıq proqramı hazırlayıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyi-qht-lere-muraciet-edib-a-a-a-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR