Play Store

Məleykə Əsədova başqa kitabı öpməsinə aydınlıq gətirdi

Xalq artisti Məleykə Əsədova onun dünyasına əlini uzadana Allahdan cəza diləyib.

Metbuat.az-ın məlumatına görə, bir müddət əvvəl xalq artisti Seyid Lazım ağa ziyarətgahında "Quran" əvəzinə Hacı Xavər Xanımın "Allaha pənah, Allaha təvəkkül" kitabını öpərək alnına qoymuşdu. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin iradlarla qarşılanmışdı.

M.Əsədova iradlara cavab olaraq, bildirib ki, hansı ziyarətə gedirsə, duasını oxuyub səcdə edir:

"Mənim dünyama kirli əllərini uzadırsa, Allah bilsin, cəzasını versin. Namaz qılmıram, çünki buna hazır deyiləm. Məni tanıyan bütün insanlar bilir ki, namaz qılanların bəzisindən çox "Quran" ayələri, dualar oxuyuram. Hansı ziyarətə gedirəm duasını oxuyub səcdə edirəm. Balaca vərəqin üstündə "Quran" ayəsi görsəm, öpüb gözümün üstünə qoyuram. Qüsuru insanlarda yox, əvvəl öz içinizdə axtarın. Ömür çox qısadır, ona-buna pislik etməkdənsə, öz şəxsi həyatınızla məşğul olun. Eybi yox, başı açıq olun, amma Allaha saf hissləriniz olsun. Allah məni və qızımı şeytan ruhlu insanlardan qorusun”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR