Play Store

Pərviz Şahbazov Səudiyyə Ərəbistanına gedir

Pərviz Şahbazov Səudiyyə Ərəbistanına gedir
18:58 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri P.Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 yanvarda bu ölkədə səfərdə olacaq.

Səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin inkişafına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/227519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR