Play Store

Moldovada Rusiya ilə bağlı qadağa qüvvəyə minir

Moldovada Rusiyadan xəbər, siyasi və hərbi verilişlərin yayımına qadağanı nəzərdə tutan qanun 30 gündən sonra qüvvəyə minəcək.

Metbuat.az-ın məlumatına görə, qadağa hər şeydən əvvəl Moldova televiziya kanalları tərəfindən təkrar yayımlanan Rusiya telekanallarının proqramlarına şamil olunacaq.

Qanun pozuntusuna yol verənləri 4 min dollar, təkrar törədildikdə isə 5 min dollar cərimə gözləyir.

Qeyd edək ki, Moldova Prezidenti İqor Dodon qanunu imzalamaqdan imtina etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR