Play Store

Qazaxıstan iqtisadiyyatı 2017-ci ildə 4% artım göstərib

Qazaxıstan iqtisadiyyatı 2017-ci ildə 4% artım göstərib
19:17 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ 2017-ci ildə Qazaxıstanda 4% iqtisadi artım qeydə alınıb.
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin milli iqtisadiyyat naziri Timur Suleymenov verib. Nazir 2017-ci ildə ölkədə 7,1% inflyasiya qeydə alındığını qeyd edib.
İqtisadiyyatın əsas hərəkətverici sahələri istehsal, investisiya fəallığının artması, daxili tələbin yüksəlməsi olub. İqtisadi artımda qeyri-neft sektorunun payı 60% təşkil edib. İqtisadiyyatın, demək olar ki, bütün sahələrində istehsalın artımı qeydə alınıb.
Ən çox artım 7,1%-lə sənayedə, 4,8%-lə nəqliyyatda, 3,3%-lə rabitədə və 3,2%-lə ticarətdə olub. Emal sənayesi 5,1%-lə son 5 ilin maksimum artımına nail olub. Əczaçılıq sektoru 41,8% artım göstərib. Xarici ticarət dövriyyəsi illik müqayisədə 25,1% artaraq 69,5 mlrd. dollar, işsizlik 5% təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qazaxistan-iqtisadiyyati-2017-ci-ilde-4-artim-gosterib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR