Play Store

Florida sakini lotoreyada 451 milyon dollar udub

Florida sakini lotoreyada 451 milyon dollar udub
02:57 13 Yanvar 2018
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ-ın Florida ştatının sakini “Mega Millions” lotoreyasında 451 mln dollar məbləğində cek-potun sahibi olub. 
“Report” TASS-a istinadən xəbər verir ki, lotoreyanın qalibi Port-Riçi şəhərindən olan 20 yaşlı Şeyn Missler olub.
Qalib uduşunu dərhal götürmək istədiyi üçün, qaydalara görə, ona məbləğin ancaq bir hissəsi - 282,8 mln dollar düşür. Həmin qaydalara əsasən, cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir.
Ş. Millerin sözlərinə görə, o, uduşunu özündən savayı, “bəşəriyyətə müəyyən fayda gətirmək" və ailəsi üçün xərcləyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/florida-sakini-lotoreyada-451-milyon-dollar-udub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR