Almanlar "qış yuxusu"ndan oyandı

Almanlar "qış yuxusu"ndan oyandı
03:03 13 Yanvar 2018
127 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında qış fasiləsi başa çatıb.

Publika.az xəbər verir ki, ikinci dövrənin açılış oyununda son çempion "Bavariya" Leverkuzendə "Bayer"in qonağı olub. Qonaqların üstünlüyü şəraitində keçən qarşılaşmada qapılara 4 qol vurulub. Münhen klubu 3:1 hesablı qələbə qazanaraq səfərdən 3 xalla qayıdıb.

Bu qələbədən sonra lider "Bavariya" xal sayını 44-ə çatdırıb. "Bayer" isə 28 xalla 4-cü pillədə qərarlaşıb.

Almaniya. Bundesliqa, 18-ci tur

Bayer - Bavariya 1:3

Qollar: Volland, 70 - Xavi Martines, 32. Xames Rodriges, 90+1.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR