Seneqal və Botsvana ABŞ səfirlərini Trampın fikirlərinin izahı üçün çağırıblar

Seneqal və Botsvana ABŞ səfirlərini Trampın fikirlərinin izahı üçün çağırıblar
04:52 13 Yanvar 2018
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Seneqal ABŞ-ın bu ölkədəki səfirini Birləşmiş Ştatlar prezidenti Donald Trampın Afika ölkələri haqqında fikirlərini izah etmək üçün çağırıb.
“Report” xəbər verir ki, bu barədə “NBC” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, bu səbəblə ABŞ-ın Botsvanadakı səfiri də izah məqsədilə həmin ölkənin hökuməti tərəfindən çağırılıb.
Daha əvvəl mətbuat xəbər verib ki, Tramp immiqrasiya məsələsi üzrə iclas zamanı Afika ölkələrindən, həmçinin Haitidən və Salvadordan gələn qaçqınları “çirkli deşikdən” gəlmələr adlandırıb.
Haiti hakimiyyəti də Amerika təmsilçisini Trampın aşağılayıcı fikirlərini izah etmək üçün çağırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR