Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi

Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi
05:18 13 Yanvar 2018
121 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayətkarı həbs edib.

O, 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.

Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.

Saxlanılan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR