“General Motors” sükansız və pedalsız avtomobili nümayiş etdirib

“General Motors” sükansız və pedalsız avtomobili nümayiş etdirib
05:32 13 Yanvar 2018
213 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Amerikanın “General Motors” konserni ilk dəfə xarici idarəetmə orqanlarına malik olmayan, yeni, tamamilə özünü idarə edən avtomobilin prototipinin interyerini göstərən videoçarxı nümayiş etdirib.
“Report” xəbər verir ki, bu barədə “Autonews” nəşri yazıb. 
Məlumata görə, avtomobilin rəsmi premyerası Detroytda, yanvarın 15-də açılacaq avtosalonda olacaq. “Chevrolet Bolt”un elektrik avtomobili əsasında qurulmuş konsept “LiDAR” optik məsafəölçənləri, həmçinin ərazidə istiqamət almağa kömək edən 21 radar və 16 videokamera ilə komplektləşdirilib.
Sükan idarəetməsinin, sürətləndiricinin və əyləc sisteminin işini tamamilə elektronika - dördüncü nəsil pilotsuz təyyarələr üçün xüsusi olaraq hazırlanmış proqram təminatı həyata keçirir.
Bu avtomobillərin silsilə buraxılışına 2019-cu ildə başlanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR